ATƏT missiyası ABŞ Konqressinə seçkiləri rəqabətli və azad adlandırıb
8 Noyabr 2018 11:22 DünyaABŞ Konqressinə keçiirlən seçkilər yeksək səviyyədə təşkil edilib, rəqabətli və azad olub.
Bu barədə ATƏT-in qısamüddətli missiyasının Georgi Tsereteli ABŞ Konqressinə keçirilən seçkilərin yekunları üzrəmətbuat konfransında deyib.
Xatırladaq ki, ötən gün ABŞ Konqressinə və yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə Senatın 35 üzvü, Nümayəndələr Palatasının 435 üzvü, ştatların və ərazilərin qubernatorları, ştatların qanunverici məclislərinin 6073 üzvü, hakimlər və məktəb dairələrinin şura üzvləri seçiliblər. Seçkilərin yekunları üzrə respublikaçılar Senatda çoxluqlarını qoruyub saxlayıb, demokratlar isə ilk dəfə Nümayəndələr Palatasında çoxluq əldə ediblər.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31