Fransada daha bir bina uçub

Fransanın şimal-şərqində yerləşən Şarlevil-Mezyer şəhərində yaşayış binası uçub.

Binanın uçması nəticəsində ölənlərin və yaralananların olması barədə xəbər verilmir.

Bildirilir ki, insident yerli vaxtla saat 19:20 radələrində baş verib. Yaxınlıqdakı binalardan ümumilikdə 50 nəfərə yaxın insan təxliyə edilib.

Xatırladaq ki, noyabrın 5-i Marsel şəhərində 3 yaşayış binası uçub. Binaların uçması nəticəsində 6 nəfər həlak olub, axtarış xilasetmə işləri davam etdirilir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31