Tramp: Sən iyrənc bir insansan

ABŞ Prezidenti Donald Tramp ilə CNN müxbiri arasında mübahisə yaşanıb.

Axar.az xəbər verir ki, bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfransında iştirak edən ABŞ Prezidenti Donald Tramp CNN müxbirinin miqrantlarla bağlı sualına əsəbləşib. Bundan sonra Tramp kürsüdən uzaqlaşıb, müxbirin mikrafonu yerə qoymasından sonra o, təkrar kürsüyə dönüb.

Daha sonra Tramp CNN müxbirini təhqir edib: "Sən iyrənc bir insansan, CNN üçün işləməməlisən".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31