Qızıl mədənində uçqun - 6 nəfər öldü

Qərbi Afrika ölkəsi Qananın Aşanti bölgəsindəki qızıl mədənində uçqun baş verib.

"Qafqazinfo" TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 işçi dünyasını dəyişib, iki nәfәr dә xәsarәt alıb.

Bölgәdә axtarış-xilasetmә әmәliyyatları aparılır.

Mədənin qanunsuz fəaliyyət göstərdiyi bildirilir. Hadisә ilә bağlı 4 nәfәr saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31