Putin və Tramp görüşdü

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Parisin Yelisey sarayında görüş başlayıb.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Prezidentlərin görüşü işgüzar nahar yeməyi çərçivəsində baş tutub.

Qeyd edək ki, bir qədər əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Tramp və Putinin Fransada tamformatlı görüş keçirə bilməyəcəyini, liderlərinin ayaqüstü söhbətlə kifayətlənəcəyini bildirmişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31