İzmir körfəzindəki görüntü qorxuya səbəb oldu

Türkiyə İzmirin Karşıyaka bölgəsində səhər saatlarında dənizə baxan vətəndaşlar gördükləri mənzərə qarşısında şok olub.

Körfəzin üzərindəki yaşıl rəngli yosunlar vətəndaşları həyəcanlandırıb. Bələdiyyə işçiləri dənizin təmizlənməsi üçün işlərə başlayıb və bunun "yosun partlaması" olduğunu bildiriblər.

Mütəxəssislərin məlumatlarına görə, dənizin bu rəngdə olması suyun kifayət qədər soyumaması səbəbindən qida zəncirinin ən alt təbəqəsində yerləşən canlıların çoxaldığı ilə əlaqələndiriblər. 

Qeyd edək ki, onlar bu vəziyyətin insan sağlamlığı üçün heç bir təhlükəsi olmadığını bildiriblər.

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31