ABŞ-da seçkilərdə ölü namizəd qalib gəldi

ABŞ-da ötən gün keçirilmiş parlament seçkilərində Nevada ştatında Respublikaçılar partiyasının namizədi Dennis Hof qalib gəlib.

O, öz dairəsində demokratların namizədini qabaqlasa da, onun oktyabrın 16-ı vəfat etdiyi məlum olub.

D.Hof seçicilərin 36 faiz səsini toplayıb. Andiçmədən sonra konqresdə onun yerini Respublikaçılar partiyasının digər namizədi tutmalıdır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31