Kreml qabaqladı: "ABŞ-dakı seçkiyə müdaxilə etməmişik"

Kreml Konqres seçkisindən sonra Moskva-Vaşinqton münasibətlərində çətinliklərin olacağını gözləmir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Münasibətlər çətin ki, pisləşə. Onsuz da hər şey indiki zamanda çox ağırdır. Rusiya dünyanın heç bir ölkəsində, o cümlədən ABŞ-da seçkiyə müdaxilə etməyib, etmir və bundan sonra da etməyəcək", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31