Ərəb ölkələrinin orduları Misirdə toplaşacaq
31 Oktyabr 2018 18:04 DünyaƏrəb ölkələrinin iştirakı ilə "Ərəblərin qalası-1" adlı hərbi təlim 3-16 noyabr tarixlərində Misirdə baş tutacaq. Bu barədə Misirin silahlı qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Təlimlər Yaxın Şərqdə ən böyük hərbi baza olan Məhəmməd Naqibdə, eləcə də dənizdə və Misir hava məkanında keçiriləcək. Misir hərbi bazalarında təlimlərdə iştirak etmək üçün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və İordaniya ərazilərinin, dəniz və hava qüvvələrinin əsgərləri artıq əraziyə gəliblər. Təlimlərdə müşahidəçi qismində Livan və Morokko ordusu iştirak edəcək. Misir hərbçilərinin sözlərinə görə, bu cür təlimlər Yaxın Şərq regionunda sülh və sabitliyin qorunmasına dair maraqlara cavab verir.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31