Ermənistan əhalisinin sayı 10 min 400 nəfər azalıb
31 Oktyabr 2018 17:26 DünyaErmənistanın daimi əhalisinin sayı 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 2018-ci ilin uyğun dövründə 10 min 400 nəfər azalıb.
Bunu ölkənin Mili Statistika xidməti bildirib.
Bildirilib ki, 2018-ci il oktyabrın 1-də Ermənistanın daimi əhalisinin sayı 2 milyon 969 min 200 nəfər olub.
Ötən ilin hesabat dövrü ilə müqayisədə ölkədə 2018-ci il yanvar-sentyabr ərzində yeni doğulan körpələrin sayı 4,2 faiz azalaraq, 26 min 483 nəfər təşkil edib. Ermənistanda şəhər əhalisi bir mliyon 895 min 400 nəfər, o cümlədən Yerevanın əhalisi bir milyon 79 min 400 nəfərdir. Kənd əhalisi isə bir milyon 73 min 800 nəfərdir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31