Çanaqqalada 2700 illik şəhər tapıldı
31 Oktyabr 2018 16:47 DünyaTürkiyənin Çanaqqala şəhərində 2700 illik tarixə malik antik şəhər tapılıb.
Tarixi şəhəri Çanaqqala On səkkiz Mart Universitetinin dosenti Reyhan Körpənin komandası aşkarlayıb. 3 illik araşdırmalardan sonra tapılan şəhərin ioniyalılar (E.ə. VII əsrdə Milet şəhəri və Egey dənizinin şərqində yerləşən İoniya əyaləti) tərəfindən salındığı və "Limnai" adlandırıldığı məlum olub.
Arxeoloq R.Körpə qədim şəhərdə qazıntılar aparılacağını, yaşayış məntqələrinə aid qalıqların çıxarılacağını söyləyib.
kult.az
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31