Son bir sutkada Suriyaya 455 qaçqın qayıdıb

Son bir sutka ərzində xarici ölkələrdən Suriyaya 450-dən çox qaçqın qayıdıb.

Livandan 102 qaçqın (30-u qadın, 52-si uşaq), İordaniyadan isə 353 nəfər (106-sı qadın, 180-i uşaq) vətəninə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərində artıq 231 nəfərin məskunlaşdığı bildirilir.

Mühəndis bölmələri Suriyada minaların zərərsizləşdirilməsi işini davam etdirir. Son bir sutka ərzində 38 təhlükəli əşya, o cümlədən 12 əldəqayırma partlayıcı qurğu tapılıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31