İstintaq Komitəsi: "Rusiyada FTX-nin binasındakı partlayış teraktdır, terrorçu yeniyetmə olub"
31 Oktyabr 2018 16:22 DünyaRusiya Federasiyasının İstintaq Komitəsi Arxangelskdə Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin binasında baş vermiş partlayışı terror aktı kimi qiymətləndirib.
Faktla bağlı RF Cinayə Məcəlləsinin 205 ("Terror aktı") və 222-ci ("Döyüş sursatlarının qanunsuz daşınması") maddələri ilə cinayət işi başlanıb.
Komitədən bildiriblər ki, partlayıcı qurğunu binaya yeniyetmə gətirib və onu işə salaraq həlak olub. Onun 17 yaşlı yerli sakin olduğu deyilir. Şəxsiyyəti müəyyənləşib.
Qeyd edək ki, hadisə nəticəsində FTX-nin regional idarəsinin 3 əməkdaşı xəsarət alıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31