Trampın bu görüntüsü gülüşə səbəb oldu: “Çətiri bağlaya bilmir” - VİDEO
31 Oktyabr 2018 16:16 DünyaABŞ prezidenti Donald Trampın növbəti hərəkəti mətbuatın gündəminə düşüb.
Dünən prezident təyyarəsinə minən Tramp çətirini bağlaya bilməyib. Trampın bu hərəkəti video kameralar tərəfindən qeydə alınıb.
Donald Tramp "Air Force One" təyyarəsinə minəndə çətin anlar yaşayıb. Yağışdan qorunmaq üçün qara çətir götürən 72 yaşlı prezident təyyarəyə minəndə çətiri bağlaya bilməyib. Əvvəlcə təyyarəyə açıq çətirlə girmək istəsə də, qapıdan keçə bilməyib. Tramp içəridəki işçilərdən kömək istəyib. Amma təyyarədə heç kəs olmadığı üçün çətiri girişə qoyub və içəri keçib.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31