Fermerləri təhqir edən Özbəkistan baş nazirinin müavini işdən qovuldu
31 Oktyabr 2018 16:07 DünyaÖzbəkistan baş nazirinin kənd təsərrüfatı üzrə müavini Zoyir Mirzayevvəzifəsindən azad edilib. Buna səbəb onun taxılları vaxtında sulamayan fermerləri soyuq suda saxlamağı və yaş paltarla qaçmağa məcbur etməsi olub.
Bu barədə məlumatı "Radio Ozodlik" yayıb.
Mirzayev "prezidentin siyasətinə qarşı çıxmaqda" ittiham olunub.
Ölkə prezidenti Şövkət Mirziyoyev hadisədən iki gün sonra Mirzayevi vəzifəsindən uzaqlaşdırıb. Onunla yanaşı Daşkənd vilayətinin prokurorunun müavini və regionun digər rəhbər şəxsləri də vəzifələrini itiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31