İmam Xomeyni aeroportunda YANĞIN
31 Oktyabr 2018 14:30 Dünyaİranda İmam Xomeyni aeroportunda sıradan çıxmış bir təyyarədə naməlum səbəbdən yanğın baş verib.
"Mahan" Hava Yolları Şirkətinə məxsus sıradan çıxmış bir təyyarə alışıb.
İmam Xomeyni aeroportunun İctimai əlaqələr şöbəsinin müdiri Əli Kaşani bildirib ki, aeroportun yanğınsöndürmə xidməti dərhal müdaxilə edib, yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Onun sözlərinə görə, avireyslərin həyata keçirilməsində hər hansı problem yaranmayıb və uçuşlar vaxtında yerinə yetirilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31