ABŞ-ın məşhur qanqsteri öldürüldü
31 Oktyabr 2018 13:20 DünyaAmerikalı məşhur qanqster Ceyms "Uayti" Balcer Qərbi Virciniya ştatındakı "Hazlton" həbsxanasında öldürülüb.
Bu barədə "Fok Nyus" məlumat yayıb.
11 qətldə günahlandırılan 89 yaşlı Balcer 2013-cü ildə ömürlük həbs cəzasına məhkum edilmişdi.
Onun ölümündə mafiya ilə əlaqəsi ehtimal olunan başqa bir məhkum günahkar bilinir.
Qeyd edək ki, Ceyms Balcer rejissor Martin Skorsezenin "Dönüklər" filmindəki irland mafiyasının rəhbəri Frenk Kostellonun prototipidir.
AXAR.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31