ABŞ-dan sərt etiraz: "Rusiya ərazi bütövlüyünü pozur"
31 Oktyabr 2018 13:17 DünyaRusiya Azov dənizində regional stabilliyi pozmağa hazır olduğunu nümayiş etdirir.
Bunu ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Conatan Koen BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya Azov dənizində gəmilərin Ukrayna limanlarına yaxınlaşmasına izn verməməklə Ukraynanın ərazi bütövlüyünü pozur.
O, ABŞ-ın Rusiyaya qarşı Donbas və Krıma görə yenə sanksiyalar tətbiq edəcəyini bildirib. Koen bu sanksiyaların Minsk razılaşması icra edilənə və Krım yarımadası Ukraynaya qaytarılana qədər davam edəcəyini söyləyib.
AXAR.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31