Rusiya ABŞ-ın “burnunun ucunda” sazişlər imzaladı

Rusiya Baş nazirinin müavini Yuri Borisovun Kubaya səfəri zamanı bir sıra müqavilələr imzalanıb.

Bu barədə RİA informasiya yayıb.

Məlumata görə, ümumilikdə imzalanan müqavilələrin dəyəri 260 milyon dollara bərabərdir.

"Üç enerji blokunun modernizasiyası üçün 100 milyon dollar, metallurgiya zavodunun modernizasiyanın ikinci mərhələsi üçün 60 milyon dollar, vaqonların çatdırılması üçün işə daha 100 milyon dollarlıq müqavilələr imzalanıb. Bunlar ciddi müqavilələrdir", - Borisov bildirib.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31