Mettisdən atəşkəs çağırış: 30 gün ərzində “sülh görüşü”…

ABŞ-ın Müdafiə naziri Ceyms Mettis 30 gün ərzində Yəməndə atəşkəs bağlanması və sülh görüşlərinin başlanması ilə bağlı çağırış edib.

Bu barədə Mettis ABŞ Sülh İnstitutunda çıxışı zamanı danışıb.

Mettisin sözlərinə görə, ABŞ hələlik Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanı və BƏƏ-nin hücumları zamanı mülki insanların həlak olmaması üçün çalışır.

"Uzunmüddətli bir həll üçün 30 gün ərzində hər kəsi atəşkəsin əldə olunduğu, sərhəd bölgələrinin təmizləndiyi və hava hücumlarının dayandırıldığı bir sülh masası ətrafında görmək istəyirik", - Mettis bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasından Yəmənə aviazərbələr endirməyi dayandırmağı tələb etmişdi.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31