İtaliyada əlverişsiz hava şəraitinə görə ölənlərin sayı 12-yə çatıb

İtaliyada əlverişsiz hava şəraitinə görə ölənlərin sayı 12-yə çatıb.

Təbii fəlakətin on ikinci qurbanı şimaldakı Trentino-Alto Adice regionundakı Dimaro şəhərində evi torpaq sürüşməsi nəticəsində dağılan qadın olub.

Qeyd edək ki, oktyabrın 29-dan Apennin yarımadasında güclü küləklə müşayiət olunan güclü leysan yağışı yağır. Əlverişsiz hava şəraiti ən çox Liquriya vilayətinin sahilyanı ərazisinə ziyan vurub, kurort zonalarına və kimanlara böyük zərər dəyib. Veneto vilayətində onminlərlə insan elektrik enerjisiz qalıb.

REPORT

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31