BMT-nin baş katibi Geyr Pedersenin Suriya üzrə xüsusi elçi vəzifəsinə namizədliyini təsdiq edib
31 Oktyabr 2018 12:04 DünyaNorveçli diplomat Geyr Pedersen BMT-nin baş katibinin Suriya üzrə növbəti xüsusi elçisi olacaq.
Bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda deyilir.
Məktubda bildirilir: "Bu qərarı qəbul edərkən, mən hamı ilə, o cümlədən Suriya Ərəb Respublikasının hökuməti ilə məsləhətləşmələr aparmışam".
Xatırladaq ki, daha əvvəl BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura noyabr ayının sonunda öz postunu tərk edəcəyini bildirib.
TREND
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31