Türkiyənin kurort mərkəzindəki hoteldə YANĞIN
31 Oktyabr 2018 11:08 DünyaTürkiyənin Antalya vilayətində 4 ulduzlu hoteldə yanğın baş verib.
Hadisə hotelin mətbəx hissəsində qeydə alınıb.
Hazırda əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Yerli KİV yanğının yayılmasının qarşısının alındığını bildirir.
Xəsarət alan yoxdur. Hotelin binasına, o cümlədən birinci və ikinci mərtəbələrinə ciddi ziyan dəyib.
Yanğının səbəbi və hotelin adı hələ açıqlanmır.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31