14-cü mərtəbədən yıxılan 25 yaşlı gənc sağ qaldı - MÖCÜZƏ KİMİ HADİSƏ
31 Oktyabr 2018 05:09 DünyaGürcüstanın paytaxtı Tbilisidə 25 yaşlı gənc yaşayış binasının 14-cü mərtəbəsindən yıxılsa da sağ qalıb.
"Report" xəbər verir ki, o, pəncərədən yıxılaraq həyətdəki qarajın içinə, oradan isə yumşaq kətilin üstünə düşüb. O, təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb.
25 yaşlı gənc hadisə zamanı xəsarət alıb. Yaralı tibbi müayinədən keçiriləcək və bir neçə saat həkim nəzarəti altında olacaq. Lakin onun həyatı üçün hər hansı təhlükənin olub-olmaması barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31