Vatikanın və Gürcüstanın xarici işlər nazirləri regional münaqişələri müzakirə ediblər
22 Oktyabr 2018 18:28 DünyaVatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaxer Gürcüstanda səfərdədir.
P.R.Qallaxer oktyabrın 22-də Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Görüşdə Vatikan ilə Gürcüstan arasında əməkdaşlıq, regionda və dünyada baş verən proseslər, Cənubi Qafqazda təhlükəsizlik məsələləri, regional münaqişələr, onların həlli yolları və digər məsələlər diqqət mərkəzində olub.
Söhbət zamanı D.Zalkaliani Gürcüstan ilə Vatikan arasındakı münasibətlərdən danışıb və ikitərəfli əməkdaşlığı çox yüksək qiymətləndirib.
Qallaxer Vatikanın Gürcüstan ilə əməkdaşlığa, Gürcüstanın Avroatlantik alyansa inteqrasiyasına böyük önəm verdiyini bildirib.
Arxiyepiskop Pol Riçard Qallaxer səfər çərçivəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri İrakli Kobaxidze, katolikos -patriarx II İlya ilə görüşəcək.