Afinada naməlum şəxslər Kanada səfirliyinə hücum ediblər
22 Oktyabr 2018 18:24 DünyaAfinada 10 nəfər maskalı şəxs Kanada səfirliyinə hücum edərək pəncərələri sındırıb, binanın içərisinə boya ilə dolu şüşələr atıblar və hadisə yerindən uzaqlaşıblar.
Polis dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Şübhəli şəxs qismində hələlik heç kim saxlanılmayıb.
Qeyd edək ki, son zamanlar Yunanıstan paytaxtında buna bənzər hadisələrin törədilməsində məsuliyyəti "Rubikon" anarxistlər qrupu öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31