Prezidentliyə namizəd mitinqdə narkotik payladı – VİDEO
22 Oktyabr 2018 17:56 DünyaGürcüstan prezidentliyinə namizəd Zurab Çaparidze Tbilisidə mitinq zamanı tərəfdarlarına içində marixuana olan siqaret payladı və ölkədə marixuananaın tam qanuniləşdirilməsinə çağırıb.
Siyasətçi bundan dərhal sonra bir neçə tərəfdarı ilə birlikdə saxlanılıb. Amma Çaparidze tezliklə buraxılıb.
Qeyd edək ki, bu ilin yayında Gürcüstanda marixuananın istifadəsinə icazə verən qanun qəbul edilib, ancaq onun alınması və saxlanılması əvvəlki kimi qadağandır. Çaparidze, həmçinin onun tərəfdarları marixuananın tam qanuniləşməsini dəstəkləyir.
Son zamanlar Gürcüstanda narkotiklərin dekriminallaşdırılması çağırışı ilə bağlı geniş kampaniyalar aparılır.
Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Sorğulara görə, Zurab Çaparidze autsayderlər arasındadır: onun reytinqi 5 faiz ətrafında dəyişir.
publika.az