Krımın adı dəyişdirilə bilər

"Krım Muxtar Respublikasının statusu ilə bağlı layihə hazırlayan işçi qrupu yarımadanın adının dəyişdirilməsi məsələsini nəzərdən keçirir". Bu barədə Ali Radanın millət vəkili Refat Çubarov açıqlayıb.

Parlamentarinin sözlərinə görə, işçi qrupu Ukraynanın Konstitusiyasına dəyişiklik layihəsini hazırlayıb: "Təkliflər Konstitusiya komissiyasına, sonra isə Ukrayna parlamentinə göndəriləcək. Əsas məsələlərdən biri Ukraynanın adı ilə bağlıdır. Hazırda işçi adı Krım muxtariyyətidir, lakin bununla paralel Krım Muxtar Respublikası adlandırmaqla da bağlı təklif var. Bundan başqa Krım tatarlarının muxtariyyəti adının verilməsi təklifi də gündəmdədir. Bu, Konstitusiya Komissiyasının həll edəcəyi əsas məsələlərdən biridir".

Deputat əlavə edib ki, İşçi qrupu yarımadanın Krım muxtariyyəti adlandırmağı təklif edir. Lakin ukraynalı siyasətçilərin Krımı Muxtariyyət Şurası adlandıracağını gözləyirlər.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31