Rusiya, Türkiyə və İran Suriya məsələsini müzakirə edəcək

Suriya nizamlaması üzrə "Astana üçlüyü"nün - Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü oktyabrın 23-də Moskvada keçiriləcək.

Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentindən bildiriblər.

"Belə görüş planda var", - diplomatik qurumdan deyiblər.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31