Kerçdə Politexnik Kollecinin yaxınlığında yeni partlayış olub

Krım yarımadasının Kerç şəhərində ötən həftə yaşanan atışma nəticəsində 20 nəfərin öldüyü, onlarla insanın yaralandığı Politexnik Kollecinin yaxınlığında yeni partlayış baş verib.

Kollec yaxınlığındakı ofisdə qaz-hava qarışığı partlayıb, nəticədə otaq dağılıb, bir qadın yaralanıb.

Qeyd edək ki, hadisə nəticəsində 6 kvadrat metr sahədə əşyalar və əmlak yanıb, yanğın söndürülüb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31