Bloqer qız himnə görə həbs edildi - VİDEO
22 Oktyabr 2018 15:44 DünyaÇinli Yanq Kayli dövlət himnini "təhqir etdiyi" üçün beş günlük həbs cəzasına məhkum edilib.
Bununla bağlı BBC məlumat yayıb.
Eyni zamanda, 20 yaşlı qızın canlı yayımlar həyata keçirdiyi "Huya" servisi də bloklanıb.
Gənc internet ulduzunun sosial şəbəkələrdə 44 milyon izləyicisi var. O, servisdə yayımladığı videoçarxlardan birində dövlət himnini səsləndirib və əlləri ilə dirijorluq edirmiş kimi jestlər edib. Gənc qız buna görə cəzalandırılıb.
İnsidentdən sonra çinli qız üzr istəməli olub və hərəkətlərindən peşman olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31