Romada güclü yağış, küçə və metroları su basdı - Video
22 Oktyabr 2018 14:38 Dünyaİtaliyanın paytaxtı Roma dolu yağışı ucbatından su altında qalıb.
Paytaxtın mərkəzi küçələrindən olan Palmiro Tolyattidə suyun səviyyəsi bir metrə çatıb, 6 metro stansiyası bağlanıb.
Romanın tarixi Müqəddəs Sebastyan məscidinin içərisinə də su dolub. Şəhərin meri Virciniya Raci feysbuk hesabında sakinlərə müraciət edərək əlverişsiz hava şəraiti nəticəsində yaranan çətinliklərə görə üzr istəyib: "Bu gecə Romaya düşən güclü dolu, tufan nəticəsində bir sıra məhəllələri su basıb. Köməyə könüllülər, mülki müdafiə əməkdaşları, polis, yol xidməti və yanğınsöndürənlər gəlib. Biz narahatlığa görə üzr istəyirik".
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31