ABŞ-da sənədlərdə cinsi dəyişmək qadağan ediləcək
22 Oktyabr 2018 14:24 DünyaABŞ prezidenti Donald Tramp administrasiyası sənədlərdə cinsi dəyişməyi qadağan etmək niyyətindədir.
Bununla bağlı "The New York Times" məlumat yayıb.
Qeyd edilib ki, ABŞ dövlət strukturları bununla cinsiyyətin müəyyən olunmasına aydınlıq gətirmək istəyir. Bildirilib ki, cinsiyyət qadın və kişi olaraq, iki hissəyə ayrılacaq və doğum zamanı müəyyən olunacaq.
Bununla yanaşı, bütün fikir müxtəliflikləri genetik müayinələrlə müəyyən olunacaq.
Əgər bu qərar qüvvəyə minsə, ABŞ-da 1,4 milyondan çox insanın federal səviyyədə genderlərinin tanınması ləğv ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31