Patarkatişvilinin qatili kimdir? – Tiflis çalxalanır

2007-ci ilin 7 noyabrındakı aksiyanın dağıdılması, "İmedi" televiziyasına hücum və Patarkatişvilinin güllələnməsi Bidzina İvanişvilinin maraq dairəsində olub.

Bunu "Rustavi 2" televiziyasının baş direktoru Niki Qvaramiya deyib.

"Mənim Patarkatişviliylə bağlı öz mövqeyim var və bu heç vaxt dəyişməyəcək. O, Bidzina İvanişvilinin ən böyük düşmənlərindən idi. İvanişvili Badri qədər heç kimə nifrət etmir və heç kimdən bu qədər qorxmurdu. Əgər Badrinin ölümü üçün pul verilibsə, bunu İvanişvili edib. Mən Badri Patarkatişvili işi üzərində çalışmışam və Gürcüstan Baş Prokurorluğundan buna görə məsuliyyət daşıyan şəxs olmuşam", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Gürcüstan hökuməti Patarkatişvilinin ölümündə eks-prezidenti Mixail Saakaşvilini ittiham edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31