Ermənistanda Konstitusiyadan kənar vəziyyət yaranıb

Ermənistan parlamentində sabit çoxluq əldə edilmədiyindən ölkədə fors-major, yəni Konstitusiyadan kənar vəziyyət yaranıb.

Bunu Seçki Məcəlləsinə dəyişikliklər layihəsini millət vəkillərinə təqdim edən ədliyyə naziri əvəzi Artak Zeynalyan deyib. O, məhz buna görə hökumət tərəfindən Seçki Məcəlləsinə ən tez zamanda dəyişiklikləri qəbul etdirmək təklifinin irəli sürüldüyünü bildirib.

Ermənistan Milli Məclisi bu gün keçirilən birinci səsvermədə dəyişikliklərə dair fövqəladə şəkildə, yəni 72 saat ərzində müzakirə və səsvermə keçirmək təklifini qəbul etməyib. Parlamentin mövcud nizamnaməsinə əsasən, eyni qanun layihəsi ikinci oxunuşda 2 həftə ərzində, yaxud fövqəladə iclas zamanı qəbul edilə bilər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31