Sibir koloniyasından məhbuslar qaçıb

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində iki məhbus koloniyadan qaçıb.

Bundan əvvəl onlar soyğunçuluq və oğurluğa görə dəfələrlə məhkumluq həyatı yaşayıblar.

Oktyabrın 20-də 24 yaşlı Provorov İvan Sergeyeviç və Urvaçev Rodion Andreyeviçin Anqarskdakı İK-16 koloniyasının ərazisini özbaşına tərk etdikləri məlum olub.

5 il müddətinə azadlıqdan məhrum edilmiş məhbusların axtarışı davam edir.

TREND

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31