Səudiyyə Ərəbistanı Konsulluğunun 5 türkiyəli əməkdaşı dindirilib

Türkiyənin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsuluğunda işləyən 5 vətəndaşı Camal Qaşıqçının öldürülməsiilə bağlı istintaqa çağırılıb.

İstanbul prokurorluğu şahid qismində Konsulluqda işləyən 45 nəfərin ifadəsini alacaq 

İndiyədək onlardan yalnız 20-i şahid kimi dindirilib.

Qeyd edək ki, oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı verib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31