İrana məxsus quru yük gəmisində ölənlərin meyitləri vətənlərinə göndərilib

Aktau-Bakı marşrutu üzrə hərəkət edən İrana məxsus "Nazmehr" quru yük gəmisində zəhərlənmə nəticəsində ölən ekipaj üzvlərinin meyitləri İrana göndərilib.

Səfirlikdən bildirilib ki, hələlik ölümün səbəblərini müəyyənləşdirəcək ekspertizanın cavabı gözlənilir.

İrana məxsus quru yük gəmisinin xəstəxanadan buraxılmış ekipaj üzvləri də yaxın zamanlarda vətənlərinə göndəriləcəklər.

Xatırladaq ki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə baş verib. Gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31