Ruhaniyə həyəcanlı məktub: Ölkə çökür
22 Oktyabr 2018 12:20 Dünyaİrandakı quşçuluq şirkətləri yem çatışmazlığına görə yaxın gələcəkdə bu sektorun fəaliyyətini dayandıra biləcəyini açıqlayıblar.
Onlar bu barədə Prezident Həsən Ruhaniyə məktub ünvanlayıblar.
Şikayətçilər yem daşıyan sürücülərin aksiya başlatmalarının sözügedən böhranı daha da dərinləşdirdiyini bildiriblər.
"Dövlət ölkədəki valyuta böhranının qarşısını ala bilmədiyi üçün digər sahələr kimi toyuq və yumurta istehsalı da çöküş həddinə enib", - məktubda qeyd edilib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31