Qorbaçov narahatdır: Tramp onun imzaladığı sazişdən çıxır

ABŞ-ın Ortamənzilli Nüvə Qüvvələri anlaşmasından çıxmağa yönəlik cəhdləri silahsızlandırma siyasətini alt-üst edir.

Bu sözləri SSRİ-nin keçmiş lideri Mixail Qorbaçov deyib. O, Trampın bu anlaşma ilə bağlı açıqlamasını olduqca qəribə adlandırıb:

"Keçmişdə imzalanan silahsızlandırma anlaşmaları qətiyyən ləğv edilməməlidir. Bu razılaşmadan imtina etmək, xalq arasında deyildiyi kimi, "üstün ağlın məhsulu" sayılmamalıdır. Bunu anlamaq o qədər çətindir?!"

Qeyd edək ki, sözügedən razılaşma 1987-ci ildə 8 dekabrda SSRİ-nin keçmiş rəhbəri M.Qorbaçov və ABŞ sabiq prezidenti Ronald Reyqan tərəfindən imzalanmışdır.

Hazırki amerikalı lideri Donald Tramp isə ölkəsinin bu anlaşmadan çıxacağını bildirir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31