Paşinyan bu şəhərləri də ələ keçirdi - Seçki

Ötən gün İrəvanda keçirilən seçkilərin nəticələri açıqlanıb.

Razdan şəhərində baş tutan seçkidə Ermənistan Baş naziri Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Sasun Mikayelyanın oğlu Sevak Mikayelyan qalib gəlib. Sevak Mikayelyan seçkidə 68,9% səs toplayıb.

Armavir vilayətinin mərkəzi Armavir şəhərində isə mer seçkisini hazırda merin səlahiyyətlərinin müvəqqəti icraçısı David Xudatyan qazanıb. Xudatyan Nikol Paşinyanın əsas tərəfdarlarından biri kimi tanınıb. Eçmiədzində də Vətəndaş Müqaviləsi Partiyasından Diana Qasparyan qalib gəlib.

Sünik vilayətinin mərkəzi Qafanda keçirilən seçkidə şəhərin mer vəzifəsinin müvəqqəti icraçısı Narek Babayan qalib gələ bilməyib. Onun yerinə seçkini bitərəf sahibkar Gevork Parsyan qazanıb.

Qeyd edək ki, ötəngünkü seçki Ermənistan tarixinin ən aşağı seçici aktivliyi kimi tarixə düşüb. Paşinyanın cidd-cəhdlə apardığı kampaniyaya baxmayaraq, seçicilərin 65 faizi seçkidə iştirak etməyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31