Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb

Türkiyənin Qaziantep şəhərində yerləşən hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb.

Fərari hərbçi qaçan zaman özü ilə "G3" markalı tüfəngini də götürüb.

Hələlik kimliyi açıqlanmayan hərbçi daha sonra ticarət mərkəzinə basqın edərək orada işləyənləri girov götürüb. Ticarət mərkəzinə giriş-çıxış bağlanıb. 

Hadisə yerinə çoxlu sayda polis, jandarma qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Təhlükəsizlik qüvvələri girovları azad etməsi və təslim olması üçün silahlı hərbçi ilə danışıqlar aparırlar. 

Hadisənin səbəbi məlum deyil.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31