KTMT Sərkisyanın adamını Piterə çağırdı
22 Oktyabr 2018 11:50 DünyaErmənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasından olan Eduard Şarmazanov Sankt-Peterburqa səfər edib.
Bu barədə məlumatı Ermənistan parlamentinin mətbuat xidməti yayıb. Səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının rəhbəri Pyotr Ryabuxinin dəvətiylə baş tutub. Şarmazanovun buradan Moskvaya gedəcəyi vurğulanıb.
Qeyd edək ki, KTMT-nin Parlament Assambleyasının iclası oktyabrın 29-da Moskvada baş tutacaq.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31