"Siemens" İraqla tarixində ən böyük müqavilələrindən birini bağlaya bilər
22 Oktyabr 2018 11:47 DünyaAlmaniyanın "Siemens" texnologiya konserni şirkət tarixinin ən böyük müqavilələrindən birinin imzalanması istiqamətində addım atıb. Şirkət rəhbəri Co Kezer və İraq hökumətinin nümayəndələri bazar günü ölkənin enerji sisteminin bərpa olunması üzrə niyyət barədə sənəd imzalayıblar.
Bu barədə "Handelsblatt" qəzeti yazıb.
"Siemens"in saziş çərçivəsində ölkənin elektrikləşdirilməsində iştirak edəcəyi gözlənilir.
Sövdələşmənin dəyəri 13 milyard avrodan çox qiymətləndirilir.
Bundan əvvəl Almaniya kansleri Angela Merkelin İraq tərəfi ilə şəxsən belə bir sövdələşmə barədə razılıq əldə etdiyi bildirilirdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31