Şimali və Cənubi Koreya hərbi danışıqlar keçirəcək

Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya generallar səviyyəsində hərbi danışıqlar aparmaq üçün vaxt təyin ediblər. Danışıqlar oktyabrın 26-da Phammuncom sərhəd məntəqəsində keçiriləcək.

Bu barədə bazar ertəsi Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Cənub və Şimalın birgə hərbi komissiyasının yaradılması və işi, hərbsizləşdirilmiş zonada 1950-1953-cü illərdəki Koreya müharibəsində ölmüş əsgərlərin qalıqlarının birgə axtarışı üzrə təkliflərin müzakirə olunacağı güman edilir.

Qeyd edək ki, KXDR nümayəndə heyətinə general-mayor An İk San başçılıq edəcək, Koreya Respublikasını isə general-mayor Kim Do Qyun təmsil edəcək.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31