Qazaxıstanda gənc qadın jurnalistin meyiti tapılıb
21 Oktyabr 2018 19:58 DünyaQazaxıstanın Hit TV telekanalının xanım prodüser və jurnalisti Almatıda ölü tapılıb.
Ayqerim Musayeva oktyabrın 19-da itkin düşüb.
Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar. Qızın ölüm faktı barədə həmkarları "Facebook"da məlumat veriblər.
Bildirilir ki, o sonuncu dəfə Altau rayon Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır.
Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.
report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31