Merkel bloku dağılır: Nazir istefa ilə hədələdi

Almaniyanın Daxili İşlər naziri Horst Zeehofer istefaya gedə biləcəyi barədə məlumat verib.

Bu barədə "Spiegel" nəşri yazıb.

Məlumata görə, nazir bu barədə rəhbərlik etdiyi Xristian-Sosial Birliyinin Bavariyada seçkilərdə üstünlük qazana bilməməsindən sonra danışıb. Nazir günahkar yerinə qoyulmaqdansa, tezliklə öz postunu boş buraxacağını qeyd edib.

Qeyd edək ki, Bavariyada keçirilən seçkilərdə kansler Angela Merkelin bloku üstünlük qazana bilməyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31