İsrail Qəzza zolağı ilə sərhədi açır

İsrail bölgədə gərginliyin azaldığını səbəb gətirərək, Qəzza zolağı ilə sərhəd buraxılış məntəqəsinin işini bərpa edir.

Bu barədə Qəzza Zolağının Mülki İşlər Komitəsi məlumat yayıb.

"İsrail tərəfi bizə bazar günü normal rejimdə işləmək üçün "Erez" və "Kerem-Şalom" sərhəd-keçid məntəqələrini açacağını bildirib", - deyə mətndə qeyd olunub.

Bildirilir ki, məntəqələr kommersiya və humanitar yüklərin daşınması, həmçinin insanların keçidi üçün istifadə olunacaq.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31