Tramp: "ABŞ orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxacaq"
21 Oktyabr 2018 01:20 DünyaABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib.
Məlumata görə, Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanı pozmaqda ittiham edib.
"Mən bilmirəm niyə Obama (ABŞ-ın sabiq prezidenti Barak Obama - red) niyə danışıqlar aparmayıb və ya ABŞ-ı razılaşmadan çıxarmayıb? Biz onlara razılaşmanı pozmağa imkan verməyəcəyik. Rusiya sazişə əməl etmədi, buna görə də təəssüf ki, biz müqaviləni pozacağıq və razılaşmadan çıxacağıq", - deyə o bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31