Camal Qaşıqçının qətli işinə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq
21 Oktyabr 2018 01:06 DünyaSəudiyyəli jurnalist Camal Qaşıqçının qətli işinə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacaq.
Bu barədə krallığın ədliyyə naziri, şeyx Valid bin Məhəmməd əs-Samaani bildirib.
Nazir qeyd edib ki, Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanının suveren ərazisində baş verib. Müvafiq prosedurun başa çatmasından sonra iş baxılması üçün Səudiyyə məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.
report